"Zədəmi tam sağaltmışam və artıq komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, 2-3 həftədən sonra yenidən heyətə düşə bilərəm. Bu, mənim üçün böyük qələbə olacaq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin braziliyalı futbolçusu Filipe Paxtman ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.
22 yaşlı hücumçu zədələndiyi vaxtdan Premyer Liqaya qayıtmaq üçün mübarizə apardığını bildirib.
Paxtman yeni mövsüm üçün hədəflərindən də söz açıb: "Əminəm ki, yaxın gələcək daha gözəl olacaq və komandaya bütün hədəflərinə çatmaqda kömək edəcəyəm. Kifayət qədər gəncəm və Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam".
Qeyd edək ki, Filipe Paxtman ötən ilin sentyabrında zədələnib.