
"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisindən kənarda qalıb.
Sportnet.az xəbər verir ki, yığmanın baş məşqçisi Villi Sanyol UEFA Millətlər Liqasında Cəbəllütariq, Bolqarıstan və Şimali Makedoniyaya qarşı keirəcəkləri oyunlar üçün 27 yaşlı hücumçuya dəvət göndərməyib.
Buna təcrübəli forvardın cari mövsümün ikinci hissəsindəki çıxışı səbəb olub. Volkov 3-cü və 4-cü dövrələrdə hələlik cəmi 1 dəfə fərqlənib. Onun aktivində 11 qol var.