Fransalı futbolçu Nikolas Raysel cari mövsümün sonunda "Səbail"i tərk edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə 29 yaşlı hücumameylli yarımmüdafiəçinin özü məlumat verib.
Təcrübəli vinger bildirib ki, Bakı klubu ilə başa çatan müqaviləsini yeniləməyəcək. Futbolçu artıq bu komandada qalmaq istəmədiyini söyləyib.
Qeyd edək ki, Nikolas Raysel "Səbail"ə ötən ilin sentyabrında keçib. O, Azərbaycanda "Qəbələ"nin də formasını geyinib.
Report