
"Mövsümü uğurlu dəyərləndiririk. Əsas hədəfimiz ilk "3-lüy"ə, Konfrans Liqasına düşmək idi. Şükürlr olsun, bunu bacardq. Komandamızı, azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mövsümün yekunu barədə danışarkən deyib.
O bildirib ki, mövsümün əvvəlində hamı mübarizənin gərgin keçəcəyini düşünürdü: "Amma yayda "Qarabağ"ın futbolçularının verdiyi açıqlamalardan görünürdü ki, çempionluğa köklənəcəklər. Layiqli çempionluq qazandılar".