"Şamaxı" klubu daha 3 futbolçusu ilə vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rüstəm Əliyev "Report"a açıqlama verib.
O bildirib ki, İlkin Qırtımov, Kamal Bayramov və Tural Axundovdan sonra Natan Oduva, Aldair Neto və Tərlan Quliyevlə də yollar ayrılıb.
Sözügedən oyunçuların başa çatan müqavilələri yenilənməyib.
Qeyd edək ki, "Şamaxı" geridə qalan mövsümü 22 xalla 7-ci pillədə tamamlayıb.