
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimovu transfer edib. 27 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu "Sumqayıt" olan Tellur Mütəllimov karyerası ərzində “Qəbələ” (2016 - 2018) və “Zirə” (2015/2016, 2017 - 2020) komandalarında da çıxış edib.