Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılmış idman infrastrukturuna görə təzminat tələb edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə UAF prezidenti Andrey Pavelko qurumun rəsmi saytına açıqlama verib.
Funksioner bildirib ki, ölkənin futbol həyatına dəymiş ziyanla bağlı Rusiyaya qarşı hüquqi iddia hazırlanır: "Əminəm ki, beynəlxalq hüquq və audit tərəfdaşlarımızla razılaşma əldə edəcəyik. Təklif olunan hüquqi platforma müharibənin bizə vurduğu zərərin əvəzini beynəlxalq məhkəmələrdə müdafiə etməyə imkan verəcək".