UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatını tərifləyib.
Sportnet.az-ın məlumatına görə, sloveniyalı funksioner "Sky Sport İtalia" nəşrinə müsahibəsində yeniliyin turnirə marağı daha da artıracağını söyləyib.
Çeferin bunun əla format olduğunu bildirib: "Hazırda bunun mövcud olanların ən yaxşısı olub-olmayacağını bilmirik. Amma hesab edirəm ki, bu, Avropa futbolunun gələcəyi üçün əla həll yoludur. Qərar vermək asan deyildi, çünki çoxlu fikirlər var idi".
Qeyd edək ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında 36 komanda çıxış edəcək və turnirdə "İsveçrə sistemi" tətbiq olunacaq.