
"Qəbələ"nin futbolçusu Ruan Renato klubdakı ilk mövsümünü dəyərləndirib.
Sportnet.az xəbər verir ki, braziliyalı müdafiəçi ona "qırmızı-qara" formanı geyinmək imkanı yaradan klubuna təşəkkürünü bildirib.
28 yaşlı oyunçu mövsümün çətin keçdiyini açıqlayıb: "Əla oyunlar keçirdik və çoxlu dərs götürdük. Müqaviləmin uzadılması məni daha çox motivasiya edir və 2022/2023 mövsümündə də birlikdə olacağımıza əminlik verir".
Qeyd edək ki, bu mövsüm "Qəbələ" Azərbaycan Premyer Liqasında 4-cü yeri tutaraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.