Ukrayna və Belarus klubları, həmçinin iki ölkənin milli komandaları UEFA-nın bayrağı altında keçirilən turnirlərdə bir-birinə rəqib ola bilməyəcəklər.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib. Qadağa növbəti xəbərdarlığadək qüvvədə olacaq.
Qərar Belarusun Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək verməsi ilə əlaqədar qəbul edilib.