İngiltərə "Tottenhem"i Xorvatiya millisinin futbolçusu İvan Perişiçi heyətinə qatıb.
Sportnet.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Son komandası İtaliya "İnter"i olan təcrübəli oyunçu "Tottenhem"ə azad agent statusu ilə keçib.
Qeyd edək ki, İvan Perişiç ötən mövsüm Milan təmsilçisində 48 oyuna 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.