
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Bosniya və Herseqovina yığması olub. "Dalğa Arena"da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü pillədə qərarlaşıb. Bosniya və Herseqovina isə 11 xalla 2-ci sıradakı mövqeyini qoruyub.
---------------------------------------------
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsində bu gün son oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, rəqib Bosniya və Herseqovina yığması olacaq. “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək:
20:00: Azərbaycan – Bosniya və Herseqovina - 1:1
Qollar: Nazlıcan Parlak, 67 - Minela Qaçanitsa, 64
Baş hakim: Maika Vanderstichel
Baş hakimin köməkçiləri: Solenne Bartnik, Clothilde Brassard
Dördüncü hakim: Savina Elbour
(Hakimlər briqadası Fransadandır)
Azərbaycan: Aytac Şərifova, Nərgiz Hacıyeva, Ayşən Əhmədova, Alina Dorofeyeva, Nigar Mirzəliyeva, Mana Mollayeva, Diana Məmmədova, Esra Manya, Nazlıcan Parlak, Sevinc Cəfərzadə, Kristina Bakarandze
Bosniya və Herseqovina: Envera Hasanbeqoviç, Melisa Hasanbeqoviç, Qloriya Sliskoviç, Amela Krşo, Zerina Piskiç, Maria-Ana Milinkoviç, Ena Sabanagiç, Selma Kapetanoviç, Mariya Aleksiç, Dayana Spasoyeviç, Maya Jelçiç
Qeyd edək ki, E qrupunda yer alan Azərbaycan yığması 7 oyundan 6 xalla 4-cü, 10 xala malik Bosniya və Herseqovina isə 10 xalla 2-ci yerdə gedir.