Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Vüqar Talıbov latviyalı Maksim Duynov ilə üz-üzə gəlib. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələdə israilli İnbay Qabaya rəqib olub.
Eyni çəkidəki İsmayıl Zamanov slovakiyalı Aleks Maruşkanı üstələməyi bacarıb. 1/8 finalda rəqib finlandiyalı Artur Kanevets olacaq.
100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda avstriyalı Hubert İllmeri yenib. O, növbəti mərhələdə niderlandlı Silvan Bultuislə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda moldovalı Alin Baqrinə uduzaraq, mübarizəni dayandırıb.
Eyni aqibətlə qızların yarışında 78 kq-da yer alan Nərmin Əmirli də üzləşib. Əmirli 1/8 finalda israilli Yuli Alma Mişinerə yenilib.
Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.
-----------------------
Azərbaycanın daha 5 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Vüqar Talıbov 1/16 final mərhələsində Maksims Duinovsla (Latviya), eyni çəkidəki İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə üz-üzə gələcək.
100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda Hubert İllmerlə (Avstriya), 100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda Alin Baqrinlə (Moldova) görüşəcək.
Qadınların yarışında 78 kq-dakı Nərmin Əmirli 1/8 finalda Yuli Alma Mişinerin (İsrail) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.