"Avrokuboklara vəsiqə ilə bağlı hədəfimizə çatdığımıza görə çox şadam. Amma bununla kifayətlənməməliyik".
Sportnet.az xəbər verir ki, bunu müsahibəsində "Sabah"ın futbolçusu Con İrasabal Azərbaycan Premyer Liqasında çempionluq şanslarını dəyərləndirərkən deyib.
İspaniyalı müdafiəçi mövsümün hələ bitmədiyini bildirib: "Bizi qarşıda 8 oyun gözləyir. İndi yalnız həmin matçlara köklənməliyik. Əsas hədəfimiz hər oyundan maksimum nəticə ilə ayrılmaqdır".
27 yaşlı oyunçunun sözlərinə görə, iddidən avrokuboklar barədə danışmaq tezdir: "Əlbəttə, komanda olaraq biz də beynəlxalq arenada müsbət nəticəyə imza atmaq istərdik. Çətin olacağını bilirik. Ancaq bu istiqamətdə əlimizdən gələni edəcəyik".