
"Milli komandadan dəvət gözləyirdim".
Sportnet.az xəbər verir ki, bunu müsahibəsində "Şamaxı" klubunun futbolçusu Fuad Bayramov deyib.
25 yaşlı cinah yarımmüdafiəçisi bildirib ki, hər bir oyunçu yığmanın şərəfini qorumaq istəyir: "Mən də millinin formasını qürurla geyinmək arzusundayam. Bunun üçün üzərimdə çox işləyirəm. Hər zaman hazıram. Hətta əlimdən gələnin artığını etməyə çalışacağam ki, dəvət alanda yaxşı formada olum".