
"Futbolçuları bu matça hazırlamaq çətin idi".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXXI tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis meydanda hər top uğrunda mübarizə apardıqlarını bildirib: "İlk hissədə yaxşı çıxış etdik. İkinci yarıda çalışdıq, amma böyük şanslar yarada bilmədik. Hazırda ölkə kubokunda yarımfinal görüşünə köklənmişik. Bu qarşılaşmaya mütləq hazır olacağıq. Kuboku qazanmaq və mövsümü titulla başa vurmaq niyyətindəyik".
Regekampf süni meydançada çıxış etməyin onlara çətinlik yaratdığını söyləyib.