
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma nəticəsində 15 cütün tərkibi müəyyənləşib.
Azərbaycan çempionu "Qarabağ" Cəbəllütariq təmsilçisi “Linkoln”la qarşılaşacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
“Haken” (İsveç) - TNS (Uels)
“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan)
“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibi
“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya)
“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan)
“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)
HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya)
“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)
“Rakuv” (Polşa) - “Flora” (Estoniya)
“Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq)
“Farul” (Rumıniya) - “Şerif” (Moldova)
“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail)
“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina)
“Partizani” (Albaniya) - BATE (Belarus)
“Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan)
Qeyd edək ki, ilk oyunlar 11/12 iyulda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri i18/19 iyulda keçiriləcək.
-------------------
Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Mərhələnin ən yüksək reytinqli ikinci komandası olan Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina).
Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struga” (Şimali Makedoniya).
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.