Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komandamız A qrupunda 2-ci oyununda Portuqaliya ilə qarşılaşıb və 2:5 hesabı ilə uduzub.
Görüşdə hesabı Azərbaycan açsa da, yığma meydanı məğlub tərk edib. Millinin ilk qolunu 6-cı dəqiqədə Orxan Məmmədov vurub. O, 31-ci dəqiqədə də fərqlənərək dubl edib.
Azərbaycan millisi ilk oyununda Polşaya 2:7 hesabı ilə məğlub olub. Komanda qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.