
"Neftçi" növbəti transferini həyata keçirib.
Sportnet.az xəbər verir ki, Bakı təmsilçisi Andre Şinyaşiki transfer edib. Bununla bağlı klub sosial şəbəkə hesablarında video yayımlayıb. Braziliyalı hücumçu yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.
Şinyaşiki son olaraq ABŞ-də “Şarlott” klubunda oynayıb.
"Neftçi" bundan əvvəl Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffini transfer edib.