
Rusiyalı futbolçusu Reziuan Mirzov "Neftçi"də tibbi müayinədən keçib.
Sportnet.az xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat yayıb. Bildirilib ki, 30 yaşlı yarımmüdafiəçi bu gün yeni klubu ilə müqavilə imzalayacaq. Müqavilə 2024-cü ilin iyununa kimi olacaq.
“Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klub olacaq. Nalçik "Spartak"ının yetirməsi olan futbolçu Moskvanın "Torpedo", Tulanın "Arsenal", Moskvanın "Spartak" və "Ximki" kimi klublarda oynayıb.
Xatırladaq ki, R.Mirzovun adı "Sabah"la da hallanırdı.