UEFA Rusiyanın 17 yaşadək oğlan və qızlardan ibarət milli komandalarının beynəlxalq yarışlarda iştirakına icazə verməsi barədə qərarını ləğv edib.
Sportnet.az xəbər verir ki, bu haqda UEFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
UEFA rusiyalıları turnirlərə buraxmaq üçün texniki imkan tapmağın mümkün olmadığını bəyan edib.
Qeyd edək ki, sentyabrın 26-da UEFA gənc oğlan və qızlardan ibarət Rusiyanın futbol üzrə yığma komandalarına beynəlxalq turnirlərdə iştirak etməyə icazə verib. Bundan sonra 9 ölkə UEFA-nın qərarına məhəl qoymayacaqlarını və rusiyalı futbolçularla oynamayacaqlarını bəyan ediblər.