Futbol üzrə İtaliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facioli qanunsuz mərcdə şübhəli bilinir.
Sportnet.az xəbər verir ki, 22 yaşlı futbolçu qanunsuz platformalarda mərc oynadığına görə istintaqa cəlb olunub. İşlə Turin prokurorluğu məşğul olur.
İdman qanunlarının mümkün pozulmasına görə Faciolinin 3 ilədək və ya daha çox müddətə diskvalifikasiya, həmçinin 25 min avro və ya daha çox cərimə ilə üzləşəcəyi gözlənilir.
Facioli 2023/24 mövsümündə A Seriyasında 6 oyun keçirib və 1 qol ötürməsi verib. Tərəflərin müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.