
Asiya zonasında DÇ-2026-nın seçmə mərhələ oyunları davam edir.
Sportnet.az xəbər verir ki, təsnifat mərhələsinin ilk matçında Pakistan millisi səfərdə Kambocanın qonağı olub.
Pakistan millisinə dəvət alan “Sumqayıt”ın futbolçusu İsa Suliman da bu görüşün iştirakçısı olub. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan müdafiəçi sona qədər oynayıb.
Qeyd edək ki, komadalar arasında növbəti oyunu oktyabrın 17-də Pakistanda keçiriləcək.