
Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-də pley-offa yüksələ bilməyib.
Sportnet.az xəbər verir ki. komanda buna görə fevral ayına kimi rəsmi oyunlar keçirməyəcək.
Belə olan halda argentinalı hücumçunun icarə əsasında "Barselona"ya və ya Səudiyyə Ərəbistanıba gedəcəyi ehtimal olunurdu. Lakin bu, baş verməyəcək.
Fabritsio Romanonun məlumatına görə Messi uzunmüddətli istirahət etmək istəyir. O, bu müddət ərzində yalnız Argentina millisinin rəsmi oyunlarında iştirak edəcək.
36 yaşlı forvard yanvar ayında "İnter Mayami"nin yeni mövsüm hazırlıqlarına qatılacaq və yoxlama görüşlərində iştirak edəcək