Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının əsas mərhələsində də çıxış etmək istəyir.
Sportnet.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. 38 yaşlı forvard deyib:
“İnanıram ki, Avro-2024-də olacağam. Çünki hələ çox vaxt var. Ümid edirəm ki, heç bir problemim və ya zədəm olmayacaq. Mən oynamaq istəyirəm. Portuqaliyadan erkən ayrıldım, amma ora həmişə mənim evim olacaq. Portuqaliyalılar həmişə məni dəstəkləyirlər”.
Xatırladaq ki, oktyabrın 13-də Portuqaliya yığması Avro-2024-ün seçmə mərhələsinin 7-ci turu matçında Slovakiya yığmasına 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatına vəsiqəni təmin edib. Kriştiano sözügedən görüşdə dubla imza atıb. 7 turdan sonra Portuqaliyanın 21 xalı var və J qrupunda liderdir.