
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev, Premyer Liqanın 11-ci turu çərçivəsində "Sabah"la oyundan öncə hazırlıq zamanı "Neftçi TV"yə müsahibə verib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı futbolçu komandada əhval-ruhiyyənin yaxşı olduğunu vurğulayıb: "Şükür Allaha hər şey yaxşıdır. Axırıncı oyundan sonra qələbə bizim üçün çox yaxşı oldu. Çox çətin bir oyun bizi gözləyir. Çox yaxşı hazırlaşırıq. Bizim üçün hər oyun vacibdir, çünki itirəcək bir xalımız yoxdur. Oyuna 3 xal üçün çıxacayıq".
Rəhman həmçinin oynadığı mövqelər haqda danışıb: "Orta, sağ, sol hər 3 mövqedə oynayıram. Məşqçi hara qoyursa, orada özümü yaxşı göstərməyə çalışıram. Sağda daha yaxşı alınır məncə. Buna görə də, bunu çox yaxşı dəyərləndirirəm. Gələn oyunda da əgər oynasam, ya oyuna sonradan daxil olsam komandamın qələbəsi üçün əlimdən gələni edəcəm".
O, "Sabah" komandasının yorğun ola bilməsini də şərh edib: "Mən bu cür şeyləri düşünmürəm. Təbii ki, yorğun ola bilərlər. Biz onu düşünməli deyilik, sadəcə olaraq öz oyunumuza köklənməliyik".