
Bu gün Asiya Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Əl-Quva” (İraq) - “Əl-İttihad” (Səudiyyə Ərəbistanı) oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, matç İraqın paytaxtı Bağdaddakı "Əl Şaab" stadionunda oynanılıb. Matçda Səudiyyə Ərəbistanı təmsilçisi favorit olaraq göstərilsə də, qarşılaşmada "Əl-İttihad" rəqibinə sensasiyalı şəkildə uduzub.
44-cü dəqiqədə Əli Casim hesabı açıb. 52-ci dəqiqədə isə Abdul Rahem son nöqtəni qoyub.
Matçda məşhur futbolçuj Kərim Benzema da iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, azırda Asiya Çempionlar Liqasının qrup mərhələsində keçirilən dörd oyundan sonra “Əl-Quva” 7 xalla 2-ci pillədə qərarlaşır. “Əl İttihad” isə 9 xalla C qrupunun lideridir.
İraq çempionatında "Əl-Quva" 3 turdan sonra 9 xalla 1-cidir. "Əl-İttihad" isə Səudiyyə Ərəbistanının əsas liqasında 12 turdan sonra 21 xalla 6-cı yerdədir.