
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə kubokunun 4-cü mərhələsinin oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda Türkiyə 2-ci liqa təmsilçisi "Düzcespor"u qəbul edib və 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
"Hatayspor" - "Düzcespor" - 2:1
Qollar: Hodziç, 22 (1:0), Zorlu, 28-pen. (1:1), Hodziç, 58 (2:1)
R.Dadaşov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 59-cu dəqiqədə meydana çıxıb.