FİFA referimiz Əliyar Ağayev Çempionlar Liqası oyununu idarə edib.
Sportnet.az xəbər verir ki, həmyerlimiz qitənin ən nüfuzlu turnirinin qrup mərhələsinin 6-cı turu çərçivəsində G qrupunda “Srvena Svezda” - “Mançester Siti” matçında baş hakim funksiyasını yerinə yetirib. Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstəriblər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.
Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 5 qolun vurulduğu oyunda Əliyar Ağayev ümumilikdə 4 sarı vərəqə göstərib (3-ü ev sahibinə, 1-i qonaqlara). Görüşün 85-ci dəqiqəsində isə azərbaycanlı ədalət təmsilçisi İngiltərə çempionunun lehinə penalti zərbəsi təyin edib.
Qrupun digər matçında Almaniyanın “Leyptsiq” klubu öz meydançasında İsveçrə təmsilçisi “Yanq Boyz”u 2:1 hesabı ilə üstələyib.
Bununla da, G qrupunda "Mançester Siti" və "Leyptsiq" növbəti mərhələyə vəsiqə qazanıb, "Srvena Svezda" avrokuboklarla vidalaşıb, "Yanq Boyz" isə yoluna Avropa Liqasında etmək hüququ əldə edib.