UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, son gündə daha 4 qrupda mübarizə başa çatıb.
E, F, G və H qruplarında buna qədər “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leyptsiq” və “Barselona” 1/8 finala vəsiqəni təmin etmişdilər.
Son matçların ardından “Portu” və PSJ də onlara qoşulublar.
Bununla da qitənin ən nüfuzlu klub turnirində bütün 1/8 finalçılar bəlli olub.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
E qrupu
“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0
“Seltik” (Şotlandiya) - “Feyenoord” (Niderland) 2:1
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) 1:1
“Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya) 1:2
G qrupu
“Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə) 2:3
“Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə) 2:1
H qrupu
“Antverpen” (Belçika) - “Barselona” (İspaniya) 3:2
“Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) 5:3