UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasının təklif olunan formatına münasibət bildirib.
Sportnet.az xəbər verir ki, o, A22 təqdimatına baxdığını söyləyib:
"Bu şounun sizi şoka salacağını, yoxsa əyləndirəcəyini söyləmək çətindir. Format hamı tərəfindən rədd edilən 2021-ci il təklifindən daha qapalıdır. İstədiklərini yarada bilərlər. Ümid edirəm ki, onlar yalnız iki klubla ən qısa zamanda möhtəşəm rəqabətə başlayacaqlar. "Real" Madrid və "Barselona" nə etdiklərini heç özləri də başa düşmür. Futbol satılmır. Super Liqa ölü liqadır”.
Xatırladaq ki, 2021-ci ilin mayında Superliqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını elan etmişdi. Buray İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko ”, “Barselona”, “Real", həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.