“Çelsi”nin keçmiş sahibi, rusiyalı iş adamı Roman Abramoviç Avropa İttifaqı sanksiyalarının ləğvi ilə bağlı məhkəmədə uduzub.
Sportnet.az xəbər verir ki, Ukrayna hadisələri başlayandan sonra Abramoviçə qarşı sanksiyalar tətbiq edilib. İş adamı bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdi.
Xatırladaq ki, sanksiyalara məruz qalan Abramoviç 2022-ci ildə “Çelsi”ni satıb. London klubu amerikalı sahibkar Todd Boley tərəfindən 4,82 milyard avroya alınıb. Razılaşmadan əldə edilən 2,6 milyard avronun Ukraynaya humanitar yardıma xərclənəcəyi güman edilir.