"Real”ın sabiq qapıçısı Dieqo Lopes karyerasını bitirmək qərarına gəlib.
Sportnet.az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
İspaniyalı qolkiper 42 yaşında futboldan getməyə qərar verib.
Lopes 2013-cü ildə "Sevilya"dan "Real"a keçib və Joze Mourinyunun dövründə İker Kasilyası əvəzləyib. O, "kral klubu"nun heyətində 2013/2014 mövsümündə Çempionlar Liqasının qalibi olub.
Lopes karyerası ərzində "Milan", "Vilyarreal", "Espanyol" və "Rayo Valyekano"da da çıxış edib. Qapıçı 2009-cu ildə İspaniya millisində bir oyun keçirib.