Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən oyun öncəsi gərginlik yaşanıb.
Sportnet.az “Fanatik”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistani hökuməti klublara qadağa tətbiq edib.
Məsələ ondadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırsa da, yerli hökumət buna qarşıdır. Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər.
Qeyd edək ki, paytaxt Ər-Riyadda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" qarşılaşmasının Bakı vaxtilə saat 21:45-də başlanması gözlənilir.