"İnter Mayami"nin futbolçusu Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia məlumat verib.
O deyib ki, argentinalı hücumçu millidəki karyerasını başa vurduqdan sonra onun geyindiyi 10 nömrəli forma əbədiləşdiriləcək. Qurum rəsmisi Messinin formasınıın heç kimin geyinməyəcəyəcəyini vurğulayıb: "10 nömrə onun şərəfinə ömürlük təqaüdə çıxacaq”.
Qeyd edək ki, Messi Argentina millisi ilə ilk dəfə 2005-ci ildə meydana çıxıb. O, yığma ilə indiyə kimi 180 matçda 106 qol vurub.