
“Qəbələ” 2023/24 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün bir araya gəlib.
Komanda qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.
“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də start götürəcək. “Qəbələ” ilin ilk oyununda öz meydanında “Sumqayıt”la qarşılaşacaq.