FİFA 2023-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sportnet.az xəbər verir ki, "The Best" mükafatına Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi layiq görülüb.
36 yaşlı hücumçu Erlinq Haaland ("Mançester Siti"/Norveç) və Kilian Mbappeni (PSJ, Fransa) qabaqlayıb.
"Qızıl top"un səkkizqat qalibi ötən il də "The Best" mükafatını qazanmışdı.
Qeyd edək ki, Messi 2023-cü ildə PSJ ilə Fransa Liqasının, Fransa Superkubokununun qalibi olub, "İnter Mayami" ilə Liqa kubokunu qazanıb.