
"Çox vacib qələbə idi. Evdəki uğurlu seriyamızı davam etdirmək istəyirdik”.
Sportnet.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
O, Azərbaycan Premyer Liqasının XX turunun “Səbail”lə ev oyunundan sonra keçirilən mətbuat konfransında matçı dəyərləndirib: “Ağır səfər matçından gəlmişdik. Futbolçular ilk dəqiqələrdən xarakter göstərdilər. İstədiyimiz kimi hücumlar qurduq. “Səbail”in boşluqlarından düzgün yararlana bildik. Fasilədən sonra oyunun axarı bir az dəyişdi. Oyunçularımız uduzmaqdan qorxurdu. “Kəpəz”lə qarşılaşmada baş verənlər onlara təsir edib”.
Abbasov komandanın turnir cədvəlindəki durumuna da toxunub: “Belə matçlar vacibdir. "Səbail" də çox yaxşı rəqibdir. Mövsüm davam edir. Çempionat maraqlı keçir. Turnir cədvəlinin aşağılarından uzaqlaşırıq, yuxarıya yaxınlaşırıq. Hələ komandaya vaxt lazımdır. İlk gündəki ilə bugünkü "Turan Tovuz" arasında fərq var. Vaxt nə qədər çox olsa, heyəti qorusaq, yaxşıya doğru irəliləyəcəyik. Bu gün vəziyyət bizi motivasiya edirdi. Azarkeşlərimiz sevindirmək istəyirdik. Yəqin ki, Sərxan Hacıyev maraqlı oyun olduğu üçün gəlmişdi. Xoşdur ki, AFFA rəhbərliyi bölgələrdə oyunlara gəlir. Bakıdan çıxmaq lazımdır”.
Qeyd edək ki, “Turan Tovuz” 3:1 hesabı ilə qaliv gəlib.