
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Zirə" "Qəbələ"nin qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində 14-cü dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. 19-cu dəqiqədə İlkin Muradov tarazlığı bərpa edib. Xallarının sayını 31-ə çatdıran paytaxt klubu 4-cü pillədə qalıb. "Qəbələ" isə 15 xalla sonuncu-10-cu sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Neftçi"yə qalib gəlib - 2:1. Tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.
_______________________
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Neftçi"ni qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. Topa ilk toxunuşu 1966-cı ildə bu arenadakı ilk matçda fərqlənmiş Telman Salahov edib.
"Gənclik şəhəri" təmsilçisinin heyətində 8 və 37-ci dəqiqədə Kasimir Ninqa adını tabloya yazdırıb. 90+7-ci dəqiqədə Filip Ozobiç penaltini dəqiq yerinə yetirib.
Qəbələ sayəsində xallarının sayını 34-ə çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. "Ağ-qaralar" isə hələlik 32 xalla üçüncüdür.
Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına stadionda yenidənqurmadan sonra ilk oyun olub. Günün ikinci qarşılaşmasında "Zirə" "Qəbələ"nin qonağı olacaq. Tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.
________________________________
Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu bu gün baş tutacaq.
Sportnet.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. "Ağ-qaralar" 32 xalla ikinci, "gənclik şəhəri təmsilçisi" 31 xalla üçüncü sıradadır.
Günün ikinci oyununda "Zirə" "Qəbələ"nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu, paytaxt klubu 30 xalla 4-cüdür.
Azərbaycan Premyer Liqası
XXI tur
15:00. “Sumqayıt” – “Neftçi” 2:1
Qol: Kasimir Ninqa, 8. 37 - Filip Ozobiç, 90+7 (p)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qəbələ” – “Zirə” - 1:1
Qol: Ülvi İsgəndərov - İlkin Muradov, 19
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.