Futbol üzrə Asiya Kubokunda digər finalçı bəlli olub.
Sportnet.azxəbər verir ki, yarımfinalın son oyununda İran millisinə 3:2 hesabı ilə qalib gələn ev sahibi Qətər həlledici görüşə vəsiqə qazanıb.
Paytaxt Dohadakı “Əl-Tumama” stadionunda keçirilən matçda hesabı İran seçməsi açıb. Serdar Azmun baxımlı qola imza atıb. Ardınca iki qol vuran Qətər yığması üstünlüyü ələ keçirib. İkinci hissənin əvvəlində İran tarazlığı bərpa edib. Təşkilatçı ölkənin komandası 82-ci dəqiqədə daha bir dəfə fərqlənərək finala yüksəlib.
Qətər həlledici matçda İordaniya seçməsi ilə qarşılaşacaq. Final oyunu fevralın 10-da keçiriləcək.