UEFA Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsi start götürüb.
Sportnet.az xəbər verir ki, hər iki turnirdə ilk oyun günündə nəzərdə tutulan 8 matçdan 4-ü artıq başa çatıb.
Avropa Liqasında Türkiyə “Qalatasaray”ı doğma meydanda Çexiyanın “Sparta” (Praqa) klubu üzərində çətin qələbə qazanıb - 3:2.
Bu qarşılaşma ilə paralel keçirilən oyunlarda "Feyenoord” (Niderland) evdə “Roma” (İtaliya) ilə 1:1, “Şaxtyor” (Donetsk, Ukrayna) “Marsel”lə (Fransa) 2:2 hesablı heç-heçə edib. “Yanq Boyz” (İsveçrə) isə doğma meydanda “Sportinq”ə (Portuqaliya) uduzub - 1:3.
----------------------------
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi olan “Qalatasaray” doğma meydanda Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Bu qarşılaşma ilə paralel olaraq, “Feyenoord” (Niderland) – “Roma” (İtaliya), “Şaxtyor” (Donetsk, Ukrayna) – “Marsel” (Fransa) və “Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya) görüşləri keçiriləcək.
Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyunlarda isə İtaliya “Milan”ı Fransanın “Renn” klubunu, Portuqaliya təmsilçilərindən “Benfika” Fransa “Tuluza”sını, “Braqa” “Qarabağ”ı, Fransa “Lans”ı isə Almaniya “Frayburq”unu sınağa çəkəcək.
Qeyd edək ki, cavab qarşılaşmaları fevralın 22-də reallaşacaq.