"Ürəyimdə çox şey var. Bu insanların sevincinə çox məmnunam. Hər birinə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya "Braqa"sı ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra sevinc göz yaşları ilə CBC Sport-a açıqlamasında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, bu gün futbolçular həqiqətən çox böyük xarakter göstəriblər: "Müharibə dövründə cənab Prezidentin rəhbərliyi altında çox güclü döyüşlərimiz var idi. Bu gün futbolçularıma dedim ki, həqiqətən döyüşməliyik. Futbolçularımın hər biri əsl azərbaycanlı kimi döyüşdülər. Başda cənab Prezidentimiz olmaqla, qalib xalqımızı təbrik edirəm".
Qeyd edək ki, "Qarabağ" cavab görüşündə əlavə vaxtda 2:3 hesabı ilə uduzsa da, ilk görüşdə 4:2 hesabı ilə qalib gəldiyi üçün üstün top fərqi sayəsində 1/8 finala yüksəlib.