“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 finaldakı rəqibi "Bayer" Almaniya Bundesliqasında növbəti matçını keçirib.
Sportnet.az xəbər verir ki, Leverkuzen təmsilçisi XXIII turda doğma azarkeşlər önündə “Maynts”ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Bayer"dən Caka və Andrix fərqləniblər. Hazırda lider olan komanda ən yaxın rəqibi “Bavariya” ilə xal fərqini 11-ə yüksəldib.
Leverkuzenlilər Bundesliqada keçirdikləri 23 matçın 19-da qələbə qazanıb, 4-də heç-heçə oynayıblar.
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.