Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Marçin Matisyakın baş məşqçisi olduğu komanda “Poqon”la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Məmmədov 90 dəqiqə meydanda olub. Bu, Lodz klubunun ardıcıl üçüncü məğlubiyyətidir.
Qeyd edək ki, LKS Ekstraklasada 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 2-ci dövrənin ilk iki oyununda “Korona” (1:2) və “Vidzev”ə (0:2) uduzub.