
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, bağlanış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 52-ci dəqiqədə Adama Diakabi və 83-cü dəqiqədə Yassin Benzia vurublar.
Bu nəticədən sonra xallarını 54-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. "Köhlən atlar"ın ən yaxın izləyicisi "Sumqayıt" isə 36 xalla ikincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Qəbələ"yə 2:1, "Səbail" "Sabah"a 2:0, "Zirə" "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib - 1:1.
-------------------------------------
Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.
Sportnet.az xəbər verir ki, günün ilk oyunu “Dalğa Arena”da keçirilib.
“Araz-Naxçıvan” onu cəmi 1 xal qabaqlayan “Zirə”ni qəbul edib. Qəsəbə komandası səfərdən qalibiyyətlə dönməyə müvəffəq olub. Naxçıvan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Vanderson Melo əvvəlcə 20-ci dəqiqədə avtoqol müəllifi olub. 74-cü dəqiqədə Rəhim Sadıxov ev sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Cəmi 3 dəqiqə sonra bu dəfə Rafael Utziq adını tabloya yazdırıb.
Nəticədə “Zirə” rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, Rəşad Sadıqovun yetirmələri çempionatda 10 oyunluq qələbə həsrətinə son qoyublar. Bakılılar axırıncı dəfə ötən ilin noyabrında – 3 ay əvvəl 3 xal sevinci yaşamışdılar.
Bununla xallarının sayını 35-ə çatdıran “Zirə” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşır. “Araz-Naxçıvan” isə 31 xalla səkkizincidir.
Qeyd edək ki, fevralın 23-24-də keçirilən oyunlarda “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar. Tura bu gün baş tutacaq “Qarabağ” – “Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq.
----------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Araz-Naxçıvan" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşacaq. Paytaxt klubu 32 xalla 5-ci, muxtar respublika təmsilçisi isə 31 xalla 8-cidir.
Turun bağlanış oyununda isə lider "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Ağdam klubunun 51, ikinci pillədəki "gənclik şəhəri" təmsilçisinin 36 xalı var.
Azərbaycan Premyer Liqası
XXIV tur
25 fevral (bazar)
16:30. “Araz-Naxçıvan” – “Zirə” - 0:3
Qollar: Vanderson Melo, 20 (avtoqol). Rəhim Sadıxov, 74. Rafael Utziq, 77
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Dalğa Arena”.
19:00. “Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: Adama Diakabi, 52. Yassin Benzia, 83
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Qəbələ"ə 2:1, "Səbail" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib - 1:1.