AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXV turunda yaşanmış hadisələrə baxılıb.
“Neftçi” və “Qarabağ” klubları azarkeşlərinə görə cərimələniblər.
Azərbaycan derbisində fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi hər iki komandaya 1000 manat cərimə kəsib.
Bundan başqa, “Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, matçın ardından meydançaya kənar şəxslərin daxil olması ucbatından isə 800 manat cərimə olunub.
"Zirə"dən İssa Cibrila, "Qəbələ"dən Lukas Afriko bir oyunluq cəzaya məruz qalıblar. Onlar müvafiq olaraq "Turan Tovuz" (1:1) və "Səbail" (2:3) ilə duellərdə qırmızı vərəqə görmüşdülər. Hər iki klub futbolçulara görə 800 manat ziyana düşüb.
Qeyd edək ki, “Neftçi Arena”da keçirilən görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.