
"Səbail" Azərbaycan Premyer Liqasının XXVIII turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Maraqlı oyun izlədik. Nəticəni ədalətli hesab edirəm. Hər iki komanda məğlub ola da bilərdi, qələbə qazana da bilərdi. "Turan Tovuz" inkişaf edən komandadır. Rəqibin yaxşı hücum xətti var. Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu. Oyun dinamik keçdi. Heç bir komanda kompromisə getmək istəmirdi. 6 xallıq oyun idi. Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatıN sonunda bizə kömək edəcək".