"Krasnodar"ın futbolçusu Kadi Borgesin “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlər yayılıb.
Sportnet.az “Metaratings”ə istinadən xəbər verir ki, braziliyalının agenti Helsio Roberto Alisk məsələ barədə Rusiya mətbuatına danışıb.
O, Kadinin Rusiya klubundan ayrılmaq haqda düşünmədiyini bildirib:
"Kadinin “Qarabağ”a qayıdacağı ilə bağlı yayılan xəbərlərə deyəcək heç bir sözüm yoxdur. O, “Krasnodar”dakı vəziyyətindən razıdır".
Xatırladaq ki, Kadi Borgesin “Krasnodar”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.
"Sambaçı" 2021-2022-ci illərdə “Qarabağ”da oynayıb.