UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ı 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer" klubu Leverkuzendə "Vest Hem"i 2 cavabsız qolla üstələyib.
İtaliyada yerli “Milan” ilə “Roma” münasibətləri aydınlaşdırıblar. Görüş "canavarlar"ın qələbəsi ilə yekunlaşıb.
“Liverpul” doğma meydanda “Atalanta”ya 0:3 hesabı ilə uduzub. "Marsel" isə Portuqaliyada "Benfika" ilə bacarmayıb.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya) - 0:1
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) - 0:3
23:00. “Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə) - 2:0
23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa) - 2:1
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də baş tutacaq.