
Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən "Neftçi" - "Araz-Naxçıvan" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
- Asan qələbə qazandıq. Erkən qol vurmağımızı gözləmirdik. İlk hissədə iki qol vurmağımız oyunçulara rahatlıq verdi. İkinci hissədə də şanslarəmız var idi. Yararlana bilmədik. Oyun istədiyimiz kimi keçdi.
- Bu gün Tamaşa şans verdiniz. Gələn oyunlarda da onu görə bilərik?
- Tamaş "Səbail"lə oyunda zədə almışdı. Bərpa prosesində idi. O, heyətə düşmək uğrunda mübarizə aparacaq.
- Ötən il olduğu kimi bu il də fasilədə Rusiyada turnir keçiriləcək. Bu il də təklif olsa, iştirak etmək istəyərsiniz?
- Bu barədə nəsə deyə bilmərəm.
- 89-cu dəqiqədə edilən əvəzləmələrin açması nədir?
- Dəyişiklik etməyə bilərdik. Bu oyunçular meydana daxil olmağa hazır idi. Onlar istənilən an meydana çıxa bilərdilər. (Futbolpress)